“Qərənfil yağışı” adlı ədəbi-bədii kompozisiya
18 yanvar 2018-ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş “Qərənfil yağışı” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə Samirə Həsənovanın rəhbəri olduğu 4 a və Günay Musayevanın rəhbəri olduğu 4 c sinif şagirdləri iştirak etdilər.
Tədbirdə məktəbin şəhid məzunu Akif Məhərrəmovun qardaşı, Prezidentin və Silahlı Qüvvələrin Fəxri təqaüdçüsü, 20 Yanvar 1990-cı il və 1992-ci il Xocalı faciəsinin I Qrup Vətən Müharibəsi Əlili, Azərbaycanın “Milli Qəhrəmanı” Fəxri adından rəsmən imtina edən (MN-nin 19.05.1994-cü il tarixli sənədi№-21-12/590), Çeçenistnın ilk “Fəxri Vətəndaşı” və “Millət Qəhrəmanı”, Respublika “Vətənpərvərlər” cəmiyyətinin sədri Arif Məhərrəmov çıxış etdi.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olundu. Məktəblilər ədəbi-bədii kompozisiya təqdim etdilər. Şagirdlər 20 Yanvar faciəsini əks etdirən səhnəciklər nümayiş etdirdilər. Şəhidlərə ithaf olunmuş şeir və bayatılar söylədilər. Vətənpərvərlik ruhunda mahnılar oxudular.
Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürür mənbəyi olacaqdır.
Tədbirdə şagirdlər, müəllimlər, məktəb rəhbərliyi, valideynlər və qonaqlar iştirak etdilər.