Fləşmob keçirildi
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə fləşmob keçirildi. Fləşmobda məktəbin 7, 8, 9 və 10-cu sinif şagirdlərindən ibarət könüllülər iştirak edirdilər. İlk öncə xarici musiqi sədaları altında rəqs edən şagirdlər sonra həmrəylik, birlik rəmzi olan yallı rəqsi ilə oyunlarına davam etdilər. “Şahinlər” komandası uzunluğu 10 metr olan üçrəngli Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə rəqs meydançasına daxil oldular. Bayrağı dövrəyə alan fləşmob iştirakçıları bayraq ətrafında yallı rəqsi etdilər.
“Şahinlər” komandası təntənəli marşla və vətənpərvərlik şüarları səsləndirək Azərbaycan Respublikasının Dövlət Bayrağı önündən keçdilər. Fləşmob Azərbaycan Respublikasının Dövlət Bayrağı ətrafında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu, dillər əzbəri olan “Mən Azərbaycanlıyam!” şüarını səsləndirməklə başa çatdı.