Texnologiyadan nümunəvi dərs
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 4a sinfində sinif rəhbəri Samirə Sədrəddin qızı Həsənovanın təşkilatçılığı ilə texnologiya fənnindən nümunəvi dərs keçirildi. Məqsəd estetik cəhətdən baxımlı bayram süfrəsinin tərtib edilməsi qaydaları, süfrə mədəniyyəti barəsində şagirdlərə məlumat vermək olmuşdur. Dərsin sonunda şagirdlər hazırladıqları bayram süfrəsini təqdim etdilər. Nümunəvi dərs məktəb rəhbərliyi və valideynlərin iştirakı ilə keçirildi.