Müəllim və şagirdilərimizin idman uğuru
BŞTİ-nin tabeliyindəki məktəblərin 10 şagirdi və 1 müəllim Şimali Kipr Türk Respublikasında taekvando idman növü üzrə Açıq Avropa Çempionatında uğurla çıxış edib. Təmsilçilərimiz müxtəlif yaş və çəki dərəcələri üzrə fəxri kürsüyə qalxıblar. Turnirdə iştirak edən 76, 86, 171, 191, 275, 278, 290 nömrəli məktəblərin və 287 nömrəli “Zəkalar” liseyinin şagirdləri I, II və III yerləri bölüşüb. Yarışda 86 nömrəli tam orta məktəbin şagirdi Şamil Hacıyev 40 kiloqram çəki dərəcəsində Ermənistandan olan 2 idmançını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beynəlxalq turnirdə məktəblilərlə yanaşı, onları yarışa hazırlayan 171 nömrəli tam orta məktəbin müəllimi Barat Orucov yuxarı yaş dərəcəsi üzrə I yeri tutub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Bir təqvim ili - fəaliyyətin yekun hesabatı bölməsində bu barədə məlumat verilmişdir.