“MƏN AZƏRBAYCANLIYAM” ADLI BAYRAM TƏDBİRİ
27 dekabr 2017-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “MƏN AZƏRBAYCANLIYAM” adlı bayram tədbiri keçirildi. Bayram tədbiri xüsusi ssenari əsasında hazırlanmışdı. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun baş məsləhətçisi Rəhman Baxşəliyev, Xətai rayon İcra hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah Əbülfəz oğlu İmanov, Xətai rayon İcra hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbəsinin dini məsələlər üzrə müavini Məhəmməd İsrail oğlu İbrahimov, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının idarə heyətinin üzvü Mayıl Qəşəm oğlu Kərimov, Xətai rayon 9 nömrəli poliklinikanın baş həkimi Aidə Qurban qızı Hüseynzadə, Xətai rayonu 269 nömrəli tam orta məktəbin direktoru Alla İqor qızı Vəzirova, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşı, Ağdam rayon Olimpiya Kompleksinin direktoru Bəhruz Aydın oğlu Kazımov, valideynlər və digər qonaqlar iştirak etmişlər. Rəngarəngliyi ilə xoş təsir bağışlayan tədbir şagirdlərin maraqlı çıxışları ilə yadda qaldı. Rəsmi hissədən sonra qonaqlar bayram atributları ilə bəzənmiş çay süfrəsi arxasında tədbir haqqında müzakirələrini davam etdirmişlər.