Xətai rayonu üzrə Ulu Öndər Heydər Əliyevin İrsinin Öyrənilməsi ilə əlaqədar olaraq “Açıq dərs” keçirildi
22 dekabr 2017-ci il tarixində 264 nömrəli məktəb-liseydə “Biz Heydər Əliyev İrsini Öyrənirik”, “Heydər Əliyev və Azərbaycanda Sosial Siyasət” mövzusunda “Açıq dərs” keçirildi. Dərsdə məktəb direktorları, müəllimlər, 171 və 24 nömrəli tam orta məktəblərin 11-ci sinif şagirdləri iştirak edirdilər. “Açıq dərs”i Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi, “100 Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi, “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi”, tarix dərsliklərinin müəllifi Həcər Əlişova aparırdı. Gələn qonaqların hər birinə və şagirdlərə Azərbaycan Respublikasının Dövlət Bayrağı hədiyyə edildi. Dərs Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatdı.