Monitorinq imtahanı keçirildi
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 20 dekabr 2017-ci il tarixində rus bölməsinin 6-cı sinfilərində rus dili fənnindən, 21 dekabr 2017-ci il tarixində isə Azərbaycan və rus bölməsinin 6-cı siniflərində riyaziyyat fənnindən Dövlət İmtahan Mərkəzi tərəfindən monitorinq imtahanı keçirildi. Monitorinq imtahanına Dövlət İmtahan Mərkəzinin nəzarətçi müəllimlər siyahısında qeydiyyatda olan məktəbin müəllimləri tərəfindən nəzarət olunurdu.