“Fitnə” sənədli filminə baxış keçirilib

19 dekabr 2017-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kiçik akt zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filminə baxış keçirilib. Filmə məktəbin Azərbaycan və rus bölməsinin 8 və 9-cu sinif şagirdləri baxdılar. Sonda filmin müzakirəsi təşkil olundu.  Müzakirə zamanı onların gələcəkdə bu kimi xoşagəlməz hadisələrdən necə uzaq durmaları haqqında geniş məlumat aldılar. Nəticə olaraq, bu cür hadisələr baş verərsə ilk növbədə valideynlərinə və məktəb müəllimlərinə müraciət olunması tövsiyyə olundu. Baxdıqları film və məktəb rəhbərliyi tərəfindən verilən tövsiyyələr şagirdlər tərəfindən müsbət qarşılandı. 

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi