Elektron dərs vəsaitindən istifadə etməklə dərs keçirildi
18 dekabr 2017-ci il tarixində 5 c sinfində Azərbaycan tarixi fənnindən şagirdlərə “Azərbaycan qədim dövrdə” elektron dərs vəsaitindən istifadə etməklə dərs keçirildi.
Dərsi “100 Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Qabqacıl təhsil işçisi”, tarix dərsliklərinin müəlliflərindən biri Həcər Əlişova aparırdı.
Mövzu ətrafında müzakirələr aparıldı. Şagirdlər bildirdilər ki, bu istiqamətdə keçirilən dərslər yaddaşlarda daha yaxşı həkk olunur.