Şagirdimiz ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində ağacəkmə aksiyası iştirak etdi
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun bütün idarə, müəssisə, təhsil, səhiyyə ocaqlarının həyətyanı sahələrində, eləcə də, məhəllədaxili ərazilərdə daha bir ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə kompaniyasında Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olmuş 9 a sinif şagirdi İlkin Vəliyev və Uşaq Birliyi Rəhbəri Günay Qasımova iştirak etdilər. Yüksək fəallıq və əhval-ruhiyyə ilə keçirilən yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, ağac və bəzək kolları əkilib.