Şüuraltı nədir və bizə necə təsir edir?
13 dekabr 2017-ci il tarixində 7a, 7b və 7c sinif şagirdləri ilə şüuraltı nədir?, bizə necə təsir edir?, bizi necə dəyişir? mövzusunda psixoloji söhbət və mövzu ilə əlaqədar test keçirildi. Bu psixoloji söhbətdə əsas məqsəd şagirdlərimizə öz iradə və inamlarının gücü ilə keçmişlərindəki yüklərdən, çətinliklərdən qurtula biləcəklərini göstərmək idi. Bu söhbətlərdən sonra şagirdlərdə şüuraltındakı xatirələri istəyərək azad buraxa bilmələrinə və o xatirələrin əsiri olmaqdan qurtula biləcəklərinə inam hissi yarandı.