“Əsgərə məktub” layihəsi davam edir
2016-ci ildən başlamış “Əsgərə məktub” layihəsi bu gün də Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə davam etdirilir. Məktəb üzrə layihə ilə bağlı I-XI siniflərdə məlumat verildi və bü gündən, yəni 8 dekabr 2017-ci il tarixindən etibarən şagirdlərin qəhrəman Azərbaycan əsgərinə ünvanladıqları məktublar toplanır. Toplanmış məktublar “ASAN XİDMƏT” idarəsinin əməkdaşlarına təhvil veriləcək. Məktubların toplanması sabah da davam edəcək.