Şagirdlər üçün film nümayişi davam etdirildi
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Xatirə Zeynalova və Sevinc Mirzəyeva rus bölməsinin 8-ci və 9-cu sinif şagirdlərinə dərs proqramına uyğun olaraq “Üsyankar şair” və “Nəsimi” mövzularına əsasən “Azərbaycanfilm”in istehsal etdiyi “Nəsimi” filminə baxışını təşkil etdilər. Sonra şagirdlərin böyük həvəs və maraqla baxdıqları bu film onların müzakirəsinə verildi. Şagirdlər xalqımızın Orta əsrlərdə yaşamış bu qəhrəman şairinin cəhalət və fanatizmin qurbanı olduğunu hesab etdilər. Dahi şairə verilən cismani əzabları, ağrıları Qarabağ müharibəsi ilə əlaqələndirdilər. Mənfur düşmənlərimizin Xocalı soyqırımnda günahsız soydaşlarımıza, Salatın Əsgərovaya, Mübariz İbrahimova və daha neçə-neçə qəhrmanlarımıza verilən işgəncələrlə müqayisə etdilər. Film şagirdlərdə vətənə və xalqa məhəbbət və mübarizə üçün böyük ruh yüksəkliyi oyatmağa səbəb oldu.