“Mənim tanrım gözəllikdir, sevgidir” adlı ədəbi-bədii gecə keçirildi

Azərbaycanın mənzum dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə hərs olunmuş “Mənim tanrım gözəllikdir, sevgidir” adlı ədəbi-bədii gecə keçirildi. Ədəbi-bədii gecə mənzum dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuşdu. Tədbirdə məktəbin yuxaı sinif şagirdləri, müəllimlər və valideynlər iştirak etdilər. Gecə Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi ilə başladı. Gecədə Hüseyn Cavid yaradıclığına həsr olunmuş şeirlər səsləndi, səhnəciklər göstərildi.  Şagirlərin ifasında “Kor ərəbin” mahnısı səsləndi. “Qız məktəbidə” şeiri və “Topal Teymur” tarixi dramından bir hissə səhnələşdirilmiş şəkildə göstərildi. Şagirlərin çıxışı Azərbaycan dili ilə yanaşı ingilis dilində də səsləndi. Tədbirdə Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsində başlıca rolu olan Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin Hüseyn Cavidin yaradıcılına həsr olunmuş çıxışı da nümayiş etdirilmişdir.

Ədəbi-bədii gecənin sonunda məktəbin direktoru Zemfira Məsiyeva gecə barədə öz təəssüratlarını iştirakçılarla bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi