"Mən istəyərdim ki...." və "Mən istəməzdim" başlığı altında psixoloji söhbət aparıldı

4 dekabr 2017-ci il tarixində 7a və 7b sinif şagirdləri ilə "Mən istəyərdim ki...." və "Mən istəməzdim" başlığı altında psixoloji söhbət aparıldı. Şagirdlərimiz öz fikirlərini yazılı və şifahi şəkildə bildirdilər. Şagirdlərimizin əksəriyyətinin həyatdan istədikləri valideyn və ailə sevgisindən məhrum olmamaq oldu. Eyni zamanda 7-ci sinif şagirdlərində yüksək vətənpərvərlik hissi də özünü biruzə verdi. Belə ki, onlar torpaqlarımızın alınmasını, sakit müharibəsiz şəraitdə yaşamaq istədiklərini vurğulayıblar. Şəgirdlərimizin istəmədikləri - narkotik, pis vərdişlər, düzgün xarakteri olmayan insanların onların ətrafında olması, itirdikləri yaxınları, öldürülən körpələr torpaqlarımızın düşmən tapdağında olmasıdır. 

Bu psixoloji söhbət zamanı məqsəd şagirdlərin özlərini ifadə edə bilmələrinə yardım etmək və onların daxilindəki hisləri aşkarlamaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi