Ədəbiyyat fənnindən “Açıq dərs”
4 dekabr 2017-ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 nömərli tam orta məktəbin rus bölməsinin 5 ç sinfində Arifə Həsənovanın ədəbiyyat fənnindən “Açıq dərs”i təşkil edildi. “Açıq dərs”də Hans Xristian Andersenin “Bülbül”ün nağılının müzakirəsi aparıldı. Dərs 1.1.1., 1.2.2, 1.2.4., 2.1.1. standartlarına uyğun qurulmuşdu. Şagirdlər iki qrupa bölünmüşdülər. Lövhədə şagirdlərin nağıl əsasında çəkdikləri rəsmlər asılmışdı. Fənn müəllimi Arifə Həsənova şagirdlərin dərsdə fəallığını qiymətləndirərək, mövzu ilə bağlı öz fikirlərini bildirdi.