“Biz həyatı seçirik”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 fevral tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın 6.5.1-ci (Təhsil müəssisələrində İİV infeksiyasının profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə müvafiq tədbirlərin keçirilməsi), 6.5.2-ci (İİV-lə mübarizəyə dair maarifləndirmə işinin aparılması, çap materiallarının hazırlanması və yayılması) bəndləri üzrə 01 dekabr 2017-ci il tarixində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Biz həyatı seçirik” adlı məktəbdaxili tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd insanın immun çatışmazlığı virusunun törətdiyi HIV infeksiyası,  Azərbaycanda HIV-ə yoluxma səviyyəsinin göstəricisi barədə, QİÇS-ə yoluxma , QİÇS-dən qorunma yolları barədə şagirdlərə məlumat vermək  olmuşdur. Xətai rayonu 9 nömrəli poliklinikanın pediator həkimi Bağırova Aybəniz tədbirdə iştirak edərək şagirdlərə  İİV/QİÇS-lə bağlı geniş məlumat vermiş,  onları maraqlandıran sualları cavablandırmışdır. Şagirdlər hazırlanmış video çarxa, həyatda baş verən hadisələrə həsr olunmuş filmə tamaşa etdilər. Tədbir iştirakçıları  məktəbin həyətininə çıxaraq QİÇS-lə mübarizənin rəmzi olan qırmızı lent təsvirini yaratmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi