Fərqliliyimiz keyfiyyətimizdir
Tədrisdə keyfiyyəti yüksəltmək üçün müəllim daim axtarışda olmalıdır. Axtarmaq tədrisə yeni nəfəs gətirməlidir. Yenilik isə yüksək nəticə əldə etməkdir.
İbtidai siniflər üzrə metodbirləşmə üzvlərinin iclasında Azərbaycan dilindən kiçik summativ qiymətləndirmədə məzmun xətlərinin dördünün də yer alması müzakirə edildi. Belə nəticə çıxarıldı ki, 4 məzmun xətti üzrə də şagirdlərin biliyinin ölçülməsi mümkün olur. Bu zaman müəllim və valideyn şagirdin cəhətini daha dəqiq bilir.
Buna görə də biz 171 nömrəli məktəb olaraq ibtidai siniflərdə Azərbaycan dilindən kiçik summativ qiymətləndirmə zamanı aşağıdakı vasitələrdən istifadə edirik. İbtidai təhsilin təməlini qoymağı bizə etibar edin.