Şagirdlərə "Fitnə" filmi nümayiş etdirildi
25 noyabr 2017-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kiçik akt zalında yuxarı sinif şagirdləri üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş dini radikalizmlə mübarizə çərçivəsində Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti, həmçinin dini radikalizmin qurbanı olmuş və cinayət məsuliyyətinə cəlb edilmiş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunu əks etdirən “Fitnə” filmi nümayiş etdirilmişdir. Filmin nümayişində əsas məqsəd filmdə toxunulan məsələlərin yuxarı sinif şagirdləri arasında geniş təbliğ olunmasını və gənc nəslə dini radikalizmin mənfi tərəflərinin çatdırılması təbliği olmuşdur.