“Gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqəsi”nin məktəbdaxili mərhələsi keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15 noyabr 2017-ci il tarixli 228 №li əmrinə əsasən Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb üzrə 22 noyabr 2017-ci il tarixində IX, X, XI sinif şagirdlərinin iştirakı ilə “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin, 23 noyabr tarixində isə “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin məktəbdaxili mərhələsi keçirildi. Məktəbin müəllimləri Elminaz Nuriyevanın və İradə Nuriyevanın hazırladıqları test sualları əsasında təşkil edilmiş müsabiqədə şagirdlər aktiv iştirak etdilər. Müsabiqənin nəticələrinə görə hər sinif üzrə bir şagird ikinci mərhələyə qatılmaq şansı əldə etdilər. Şagirdlərimizə uğurlar arzulayırıq.