Şagirdimiz "Ölkəmizi tanıyaq" layihəsində iştirak etdi

Prezident İlham Əliyevin təşəbbüsü ilə millətimizin, xalqımızın gələcəyi olan məktəblilərin Vətənə məhəbbətinin güclənməsinə son dərəcə böyük təsiri olan “Ölkəmizi tanıyaq” layihəsilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə-Göygöl-Şəmkir istiqamətində keçirilən tur-aksiyasında 171 nömrəli tam orta məktəbdən 9a  sinif şagirdi İlkin Vəliyev iştirak etmişdir. Yolasalma mərasimi 16 noyabr 2017-ci il tarixində Heydər Əliyev parkında təşkil edilmiş xüsusi təntənəli mərasimlə başladı. Məktəblilər əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri – Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olmuşlar.Tur-aksiyanın iştirakçıları yeniliklərlə tanış olaraq, şəhərin tarixi məkanlarını - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsinə ekskursiya etmişlər. Orada rayonlararsı breyn rinq yarılşları keçirilmiş, Xətai rayonunun komandası III yerə çıxmışlar. 19.11.2017-ci il tarixində tur aksiyadan qayıdan şagirdləri Xətai rayonuda yerləşən Heydər Əliyev parkında xüsusi proqram ilə qarşılandılar. Şagirdimiz qatıldığı layihədən zəngin məlumatlar əldə etdiyini vurğulayaraq öz təəsuratlarını sinif yoldaşları ilə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi