Şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 16 noyabr 2017-ci il tarixində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin  bir qrup şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edildi. Ekskursiyada şagirdlərlə bərabər məktəb rəhbərliyi də iştirak etdilər. Şagirdlər onlar üçün ayrılmış bələdçilərin rəhbərliyi  ilə Mərkəzdəki eksponatlarla tanış olmuş, Heydər Əliyevə həsr olunmuş filmə tamaşa etmişlər. Şagirdlər onlara verilən suallara ətraflı cavab vermiş, bələdçiyə dolğun məlumatlar verdiyinə görə təşəkkürlərini bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi