“Fitnə” filminə baxış keçirildi
17 noyabr 2017-ci il tarixində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə müəllimlərə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Fitnə” filmi nümayiş olundu. Nümayişdən öncə məktəbin direktoru Zemfira Məsiyeva çıxış etdi. O, dövlət-din münasibətlərinin sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini, əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirən, həmrəy edən, dövlətimizin möhkəmlənməsinə xidmət edən dəyər olduğunu vurğuladı.