“Haqqımızı tanıyaq“ adlı tədbir keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 oktyabr 2017-ci il tarixli № 6879-05107 məktubuna əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci ilin 20 oktybr-20 noyabr tarixlərində ölkədə “ Uşaq hüquqları aylığı “ çərçivəsində 07 noyabr 2017-ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması və onların daha effektiv müdafiəsinin təmin olunması məqsədilə “ Haqqımızı tanıyaq “ adlı tədbir keçirildi. Məktəbin “Narahat ürəklər” təşkilatının üzvlərinin təşkilatçılığı hazırlanmış tədbirdə məktəb kollektivi, valideynlər iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himninin səslnməsi ilə başlayan tədbir “ Uşaq Hüquqları Konvensiyasının” maddələrini haqqında məlumatlarla davam etdirildi. Şagirdlərin hazırladıqları səhnəciklər, videoroliklər, Konvensiya haqqında söylədikləri fikirlər dolğunluğu ilə yadda qaldı. 3ç sinif şagirdi balaca Fatimənin ifası ilə başa çatan tədbir valideynlər tərəfindən razılıqla qarşılandı.Sonda şagirdlər diplomlarla təltif olundular. Məktəbin giriş foyesində şagirdlərin hazırladıqları rəsmlərdən, açıqcalardan, referatlardan ibarət “ “ Uşaq hüquqları “ şagirdlərin gözü ilə” adlı stend düzəldildi.