“Biz anamızın köməkçisiyik" adlı dəyirmi masa təşkil edildi
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının Azərbaycan Respublikasında radifikasiya edilməsinin 25-ci ildönümü ərəfəsində İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə 2017-cı ilin 20 oktyabr - 20 noyabr tarixlərində elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbdə görülən işlər davam etməkdədir. Uşaq Hüquqları Konvensiyasının maddlərindən biri də "Yaşamaq hüquqları" maddəsidir. Bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir. Bu məqsədlə məktəbin 4-cü sinif şagirdlərinin iştirakı ilə texnologiya dərsində sinif rəhbəri Samirə Həsənovanın təşkilatçılığı ilə “Biz anamızın köməkçisiyik" adlı dəyirmi masa təşkil edildi.