Şagirdlərimizin beynəlxalq turnirdə iştirakına dəstək

Şağan Olimpiya İdman Kompleksində 19-23 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının “Mustəqillik günu”nə həsr olunmuş Taekvondo İTF üzrə beynəlxalq turnir keçirildi. Zaur Məmmədov adına 171 sayli tam orta məktəbin fiziki tərbiyə müəllimi Barat Alışan oğlu Orucovun təşkilatçılığı ilə keçirilmiş turnirdə eyni zamanda məktəbin informatika müəllimi Kənan İsmayılov, fiziki tərbiyə müəllimi Mayıl Abdullayev də bu turnirin keçirilməsində yaxından iştirak etmişlər. Turnirdə Azərbaycan, Türkyə, Gürcustan,Rusiya,Ukrayna,Qazaxstan,Özbəkistan və Rusiya Federasiyasının tərkibində olan Çeçenistan, Kabardin-Balkar respublikalarının idmançıları da işdirak etdilər.Çempionatda dövlətlər üzrə 150 idmançı işdirak edirdi. Turniri 171 saylı məktəbi 7 şagirdi təmsil edirdi. Şagirdlərimizdən məktəbin 2 a sinif şagirdi Babazadə Soltan Nişat oğlu 3-cü yerə, 5 b sinif şagirdi Babayev Hüseyn Xəqani oğlu 1-ci yerə, 4 a sinif şagirdi Hacızadə Kamal Ceyhun oğlu 2-ci yerə, 6 b sinif şagirdi Agayev Tural Ənvər oğlu 3-yerə, 6 a sinif şagirdi Hacızadə Cavad Ceyhun oğlu 1-ci yerə, 8 c sinif şagirdi Muradov Murad Əhəd oğlu 2-ci yerə, 8 e sinif şagirdi Orucov Alişan Barat oğlu isə 1-ci yerə layiq görülmüşlər. Ümumi komandalar arasinda Azərbaycan yığması 1-ci yerlə, Gürcüstan yığması 2-ci yerlə, Ukrayna yığmasi 3-yerlə turniri başa vurmuşlar. Şagirdlərimizi ürəkdən təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi