1991- ci il yanvar ayının 18-i

Ev tapşırığı- "20 YANVAR-QANLI YANVAR" mövzusunda əl işinin hazırlanması.

Məkan- Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndi.

Hazırlayan- Ülvi Quliyev Nazim oğlu.

Bir il öncə bütün Azərbaycan kədərə büründü, 19-dan 20-nə keçən gecə yaşanan dəhşəti uşaqdan böyüyə hər bir kəs xatırlayırdı. Bir il öncə Aşağı Seyidəhmədli kənd məktəbində və bütün kənd ailələrində eyni mövzu haqqında söhbət gedirdi. Həmçinin Nazim Quliyevin ailəsində də yeganə söhbət körpələrin, gəlinlərin, günahsız siravi insanların bir anda məhv olan həyatlarından, eyni zamanda bu qəddarlığa dözməyən Azərbaycan xalqının qorxusuz şəkildə küçələrə axışmasından, insanların gözü önündə

körpə,qadın,yaşlı demədən vəhşicəsinə qətliyam edilməsindən, küçələrə axan qandan- qərənfildən, şəhərdə görünən tanklardan, hərbi geyimdə olan insanlardan, övladlarını evin təhlükəsiz hissələrində gizlədib vəfat edən insanların dəfnində iştirak etmək üçün küçələrə axışan qadın və kişilərdən, qorxusunu bir kənara qoyub VƏTƏN EŞQİ ilə yanan ürəklərdən söhbət gedirdi.

Bəlkə də o illərin ağrı - acısıdır ki, Ülvi Quliyevin Vətən eşqini daha da ucaltdı, qəlbində vəhşi ermənilərə qarşı kin - küdurəti bitmirdi. Bu Vətən eşqi idi ki, illər sonra onu tarix müəllim kimi təhsil almağa yönəltmişdi.

Vəəə illər sonra o, sevdiyi işdə - məktəbdə - sinif otağında - Azərbaycan tarixi dərsini keçirdi. O, hər dəfə siniflərdə dərs deyərkən özünün uşaqlıq illərini xatırlayır və bu gün ZƏFƏRƏ qovuşmanın xoşbəxtliyini heç bir cümlə ilə əvəz edə bilmirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi