18 Oktyabr - Müstəqillik Günüdür

18 oktyabr 2017-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Əntiqə Sultanovanın təşkilatçılığı ilə 3 b sinif şagirdlərinin iştirakı ilə 18 Oktyabr - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında "Müstəqillik Günü"nə həsr olunmuş şeir və mahnılar səsləndi. Vətənə aid çəkilmiş video çarx nümayiş etdirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissi aşılamaq Vətənə, torpağa, bayrağa sevgi və hörmət hissini gücləndirmək olmuşdur. Bu səbəbdən də tədbir məktəbdə yenicə açılmış şəhid məzunların xatirə guşəsi önündə təşkil edilmişdir. Tədbirin sonunda 3b sinfindən 2 şagird "Narahat ürəklər" təşkilatının sıralarına qəbul edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi