Məktəbdə Şəhid məzunlara həsr olunmuş guşənin açılışı oldu
11 oktyabr 2017-ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “ Dualı dillərdə yaşar Şəhidlər “ adlı tədbir keçirildi. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Adil Əliyev, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Ibrahimov, məktəbin məzunu olmuş məktəbin adını daşıyan şəhid Zaur Məmmədovun bacısı Venera Məmmədova, məzun şəhid İlham Məmmədovun bacısı Gülarə Məmmədova , məzun şəhid Akif Məhərrəmovun qardaşı Prezidentin və Silahlı Qüvvələrin Fəxri təqaüdçüsü, 20 yanvar 1990-cı və 1992-ci il Xocalı faciəsinin I qrup Vətən Əlili, Azərbaycanın “ Milli Qəhrəmanı” Fəxri adından rəsmən imtina edən Respublika “Vətənpərvərlər “ cəmiyyətinin sədri Arif Vəli oğlu Məhərrəmov, Şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov, aprel şəhidi Müşfiq Orucovun atası Arif Orucov , aprel şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, aprel şəhidi Rəşad Niftalıyevin atası Şakir Niftalıyev , validein Mirtərlan Mirişli, məktəbin “ Narahat Ürəklər” təşkilatının üzvləri , müəllim və şagirdlər iştirak etdilər. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Sonra məktəbin şəhid məzunlarına həsr olunmuş guşənin açılış mərasimi həyata keçirildi.Təntənəli açılışdan sonra şəhidlərin ailə üzvlərinə söz verildi. 3-cü sinif şagirdlərinin çıxışı alqışlarla qarşılandı. Tədbirin sonunda qonaqlara “ Narahat ürəklər” təşkilatının fəxrı üzvləri nişanı hədiyyə edildi.