"Biz sülhə səs veririk!"
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqust – 21 sentyabr tarixlərində Beynəlxalq Sülh Günü ilə əlaqədar elan olunmuş “Sülh aylığı” çərçivəsində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 21 sentyabar 2017ci il tarixində birinci sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətində “Biz sülhə səs veririk “ adlı tədbir keçirildi. Şagirdlər sülh haqqında şeirlər söyləmiş, mahnı ifa etmişlər. Sonda kiçik məktəblilər havaya sülh rəmzi olan ağ göyərçinlər və şarlar uçurtmuşlar.