Şagirdlərimiz yarışda qalib olmuşlar
Suraxanı rayon Gənclər İdman İdarəsi və Taekvon-Do “Tornado” idman klubunun birlikdə təşəkil etdiyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsil edilmiş, Taekvon-Do İTF üzrə uşaqlar və yeniyetmələr arasında 04.06.2017 –ci il tarixində Şağan İdman Olimpia Kompleksində IV Bakı açıq çempionatı keçirilmişdir. Bu çempionatda Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Barat Orucovun şagirdləri uğurla çıxış etmişlər. 7-8 yaşlılar arasında 21-23 kq, çəkidə Hacısoy Fərid 3-cü yer, 8-9 yaşlılar arasında 26-30kq çəkidə Hacızadə Kamal 2-ci yer, 8-9 yaşlılar arasında 26-30kq, çəkidə Babayev Hüseyn 1-ci yer, 10-11 yaşlılar arasında 26-30kq, çəkidə Hacızadə Cavad 1-ci yer, 10-11 yaşlılar arasında 30-35kq, çəki dərəcəsində Rzayev Emil 1-ci yer, 14-15 yaşlılar arasında 65-70kq, çəki dərəcəsində Cavadov Fərid 3-yer, 14-15 yaşlılar arasında 55-60kq, çəki dərəcəsində Elmar 1-ci yer, 14-15 yaşlılar arasında 50-55kq, çəki dərəcəsində Əliyev Hüseyn 3-cü yerə layiq görülmüşlər.