XX Əsrin soyqırımı Xocalı soyqırımının 23 ildönümünə həsr olumuş anım mərasimi keşirilmişdir
24.02.2015- ci il saat 11:30- da Xətai rayonu Z. Məmmədov adına 171 saylı tam orta məktəbin akt zalında Xocalı faciəsinin 23-cü ildönümü qeyd edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra çıxış üçün söz məktəbin direktoru Rövşən Qasımova verildi. O, öz çıxışında faciənin ağrı-acılarından danışdı.“Xocalı jurnalistlər” adlı kompozisiya təqdim olundu. ”Xocalı“ adlı musiqi (VI siniflərin ifasında) və Xocalıya həsr olumuş şerlər səsləndi . Rus bölməsinin “Ходжалы” kompozisiyası təqdim olundu. Dördüncü sinif şagirdləri tədbirdə “ Əsgər marşı” nı səsləndirdi.