"İnsan Hüquqları Günü" münasibətilə tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun18-i ölkədə "İnsan Hüquqları günü" kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan Hüquqları Aylığı" elan edilir. Bu aylıq çərçıvəsində 31 may 2017-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kitabxanasında məktəbin tarix müəllimi, "Ən yaxşı müəllim müsabiqəsinin qalibi", Azərbaycan Respublikasının Qabaqcıl Təhsi işçisi Həcər Kəmaləddin qızı Əlişovanın təşkilatçılığı ilə "İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, məktəbimizi 2012 - ci ildə "Qızıl medal"la bitirmiş, hal - hazırda Sabunçu rayon Məhəkəməsində hakim köməkçisi vəzifəsində işləyən Gülnar Nərimanzadə, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbirin məqsədi şagirdləri insan hüquqlarının mahiyyətinin və məzmununun açıqlanmasına, bu hüquqların müasir dövrdə əhəmiyyəti və tətbiqi barədə nəticələr çıxarmağa yönəltmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini sübut etməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaq olmuşdur. Tədbirdə şagirdlər insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda çıxış etdilər. Gülnar Nərimanzadə insan hüquqları barədə ətraflı məruzə ilə çıxış etdi, şagirdlər tərəfindən verilmiş suallara cavab verdi. Məktəbin direktoru Zemfira Məsiyeva insan hüquqları barədə ətraflı çıxış edərək, tədbirə yekun vurdu. Tədbir iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.