28 MAY RESPUBLİKA GÜNÜ QEYD EDİLDİ
25 may 2017 – ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin böyük akt zalında 28 MAY RESPUBLİKA GÜNÜNƏ həsr olunmuş “MÜSTƏQİLLİK YOLU QƏDƏR ÇƏTİN YOL YOXDUR” adlı geniş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra çıxış edən YAP-nın Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov və digər qonaqlar bildiriblər ki, Azərbaycanda qədim dövlətçilik ənənələri mövcud olsa da, siyasi-iqtisadi struktura və ictimai əsaslara malik dövlət 1918-ci ildə qurulub. Şagirdlərin ifasında üç dildə səslənən şeirlər, hazırladıqları maraqlı bayram konserti qonaqların, valideyn, şagird və müəllim kollektivinin alqışları ilə qarşılandı.