“Dərman bitkiləri” mövzusunda açıq dərs təşkil edildi

17.05.2017-ci il tarixində Z.Məmmədov adına 171 nömrəli orta məktəbin “100 ən yaxşı müəllim müsabiqəsinin 2012-ci il qalibi” biologiya müəllimi Alışova Təranə Əhəd qızının təşkilatçılığı ilə 6c sinfində “Dərman bitkiləri” mövzusunda açıq dərs təşkil edildi. Məqsəd dərman bitkilərini şagirdlərə daha yaxından tanıtmaq, onların əhəmiyyətini izah etmək idi. Bu məqsədlə mövzuya uyğun krossvord təqdim edildi. Onlar yabanı, mədəni və zəhərli dərman bitkilərini bir-birindən fərqləndirməyi, nə zaman? haradan? və necə? toplamağın qaydasını öyrəndilər. Sonda hər üç komanda göstərdikləri fəal iştiraklarına görə fəxri fərmanla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi