Təhsil muzeyinə ekskursiya

15.05.2017-ci il tarixində məktəbin V,VI,VII,VIII sinif şagirdlərindən ibarət 30 nəfərlik qrupla Təhsil muzeyinə ekskursiya təşkil edildi. Şagirdlər ekskursiyada təhsilin inkişafı, onun hansı pillələrdə irəliləməsi haqqında ətraflı məlumat aldılar. Onlar müəllimlər qurultayı, ilk bağçalar, qızlar üçün məktəblərin yaranma tarixini öyrəndilər. Təhsil muzeyində Zülfiyyə xanım onlara Bakı Dövlət Universitetinin yaranması haqqında ətraflı məlumat verdi. Şagirdlər sonda xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi