“Hər kağız bir yarpaqdır...” adlı layihəyə start verildi
Məktəbin 11a sinif şagirdləri Rübabə Yusifova və Nübar Əhmədzadə tərəfindən təşkil olunan “Hər kağız bir yarpaqdır” adlı layihəyə start verildi. Layihənin baş təşkilatçısı Rübabə Yusifova meşələrin dəyərini, onlardan yararlanma üsullarını daha dərindən öyrənib məktəbli dostlarına məlumat verməyi bu layihənin əsas məqsədi kimi görür. Layihənin həyata keçirilməsində daha bir məqsəd də şagirdlər tərəfindən toplanmış kağız tulantılarını təkrar emala təhvil vermək, bu üsulla da yaşıllığa, təbiətə qayğı və məhəbbətlə yanaşmaq, planetimizin bitki örtüyünü – onun florasını və canlılar aləmini – onun faunasını qorumağa dəstək olmuşdur. Bu məqsədlə R.Yusifova, N.Əhmədzadə şagirdlər və valideynlərlə söhbətlər aparmış, onlara layihə haqqında geniş məlumat vermişlər. Şagirdlərimiz layihə ilə bağlı rəsm müsabiqəsi təşkil etməyi də planlaşdırırlar.