"Gənc nəslin tərbiyəsində rast gəlinən zərərli vərdişlər və onlara qarşı mübarizə üsulları" mövzusunda rayon tədbiri keçirildi.

28 aprel 2017-ci il tarixdə Xətai rayou Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə "Gənc nəslin tərbiyəsində rast gəlinən zərərli vərdişlər və onlara qarşı mübarizə üsulları" mövzusunda rayon tədbiri keçirildi.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev, millət vəkili Hüseynbala Mirələmov, Respublika Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Səyyarə Nadirova, rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ölkəmizin milli-mənəvi dəyərlərini özündə əks etdirən eksponatlarla tanış olublar. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxışında nəzərə çatdırdı ki, bu istiqamətdə görülən işlər Dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu sahədə aparılan tədbirlərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə də böyük yer verilir. Çıxışında Razim Məmmədov qeyd etdi ki, rayon ərazisində hazırda bu istiqamətdə orta təhsil müəssisələrində maarifləndirmə işləri öz əksini tapır, tərbiyəvi əhəmiyyət daşıyan yığıncaqlar, tədbirlər həyata keçirilir, şagirdlər zərərli vərdişlərin törədikləri fəsadlar barədə mühazirələrə cəlb olunur. Çıxış edən millət vəkili Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Pənah İmanov ,“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Respublika Narkoloji Dispanserin nümayəndələri, QİÇS-lə Mübarizə mərkəzinin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ekspertlər bildiriblər ki, ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də içtimaiyyətin rolu çox böyükdür. Sonda şagirdlərin hazırladıqları "Həyatınla oynama, hələ gec deyil" adlı tamaşa nümayiş olundu. Tamaşada şagirdlər idman ölkəsi olan Azərbaycan gəncləri ilə narkotik vasitələr istifadə edən insanları müqayisə ediblər. Tamaşada göstərilib ki, belə vasitələr orqanizmdə fəsadlar törətməklə yanaşı, həm də bir sıra xəstəliklərə yol açır və gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır.Tədbir bütün iştirakçıların marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi