Qələbəyə aparan yol

Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə“Qələbəyə aparan yol” vətənpərvərlik mövzusunda təşkil edilən tədbir çərçivəsində hərbi mahnıların ifaçısı və hərbi diktor, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan mayor Şəmistan Əlizamanlı ilə görüş keçirildi. Tədbirdə həmçinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun Filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, tanınmış qələm sahibi Adilə Nəzərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Kəmalə Həşimova, Roza Rüstəmova, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərov, Xətai rayon Gənclər İdarəsinin rəisi Əfqan Rzayev, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor İsmayıl Həkimli, Azərbaycan Dövlət Dram teatrının aktirisası Şəhla Əli qızı, 264 nömrəli tam orta məktəbin direktoru Sevda Qocayeva, 64 nömrəli tam orta məktəbin direktoru Rəfail Mehtiyev və başqaları iştirak edirdi. Məktəbin təşkilatçısı Sima Əhmədova,tarix müəllimi Qabaqcıl təhsil işçisi Həcər Əlişova, musiqi müəllimi Kifayət Rzayeva görüşün təşkilatçıları olaraq olduqca maraqlı proqram tərtib etmişdilər. Tədbirin aparıcıları, 11- ci sinif şagirdi Nübar və 10-cu sinif şagirdi Ziya bütün iştirakçıları salamlayaraq "Qələbəyə aparan yol" adlı tədbir proqramını açıq elan etdilər. Dövlət himni ifa edildikdən sonra Azərbaycanın azadlğı və ərazi bütövlüyüuğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Vaxtilə bu məktəbdə təhsil almış şəhid Zaur Məmmədovun həyat və döyüş yoluna həsr edilmiş videoçarx nümayiş etdirildikdən sonra söz məktəbin şagidlərinə verildi. Məktəbin şagirdlərindən ibarət "Şirinlər" xor ansamblı doğma vətənimiz olan Azərbaycana həsr edilmiş mahnılar ifa etdilər, şeirlər söylədilər. Aparıcı Nübar bu günkü tədbirin hərbi mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlı ilə görüşə həsr olunduğunu deyərək onu vətənin gələcək qoruyucularına təqdim etdi. Bildirdi ki, bu adamı müasir hərb tariximizin canlı əfsanəsi, Azərbaycan efirinin 1941-1945-ci illərdə müharibə xəbərlərini çatdıran məşhur diktor Levitan da adlandırmaq olar: "Ön cəbhədə atəşin susmadığı o ağır illərdə Şəmistan Əlizamanlının səsi müharibənin səsi ilə assosiasiya olunurdu. Müharibə barədə xəbərləri, hərb musiqisini onun səsi olmadan təsəvvür etmək mümkün deyil. Xalqı, Azərbaycan övladını mübarizəyə, vətən uğrunda savaşa səsləyən ən təsirli, ən cazibədar, ən effektli səsdir onun səsi."Aparıcı Ziya isə qeyd etdi ki, Şəmistan Əlizamanlı bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarının ifaçısıdır: “Çağırır Vətən”, “Qalx, Azərbaycan”, “Vətən əmanəti”, “Öncə vətəndir”, “Can Azərbaycan”, “Cənab Leytenant”, “İgid oğlum, leytenantım”, “Siravi Əhməd”, “Tanrı türkə yar olsun” mahnıları onun ifasında sevilib."Ziya hamını VII c sinif şagirdləri xorunun ifasında "Yaşa Azərbaycan" mahnısını dinləməyə dəvət etdi. Nübar vurğuladı ki, vətənpərvərlik təkcə itirilən torpaqları geri qaytarmaq istəyindən ibarət deyil. Vətənpərvərlik eyni zamanda, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə, milli dəyərlərinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz bu sözdən, vətənpərvər olmaqdan başlayır. Vətənpərvərlik ruhu, milli mənlik şüuru ilk növbədə, ailədən başlayaraq təhsil ocaqlarında da gənc nəsilə aşılanmalıdır"Aparıcının çıxışndan sonra V b sinif şagirdi Quluzadə Nəzrin gözəl və təsirli bir dillə "Ana və poçtalyon" şeirini söylədi. Bütün qonaqları riqqətə gətirib kövrəldən bu poetik sətirlərdən sonra xüsusi geyimli uşaqlar vals sədaları altında rəqs etdilər. Ziya diqqətə çatdırdı ki, hazırda Azərbaycan müstəqil, suveren dövlətdir və ölkəsini sevən hər bir vətən övladı müstəqilliyin nə olduğunu dərk etməlidir: "Respublikamızda baş verən proseslərə baxdıqda müsbət hadisələrin, abadlıq, davamlı inkişaf proseslərinin şahidi oluruq. Müstəqillik əldə etməyimiz çox önəmli bir hadisədir. Bütün insanlara, o cümlədən məktəbli gənclərə itirilmiş torpaqlarımız haqqında, şəhidlərimiz barəsində danışmaq, onlarda vətənə sədaqət hissi aşılamaq hamının vətəndaşlıq borcudur." Nübar bildirdi ki, Vətən borcu, vətən sevgisi hər kəsin ürəyində və gözlərinin nurunda olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqları qorumaq, Heydər Əliyev ideyalarına sadiq qalmaq, onun tövsiyələrinə əməl etmək, vətəni qorumaq, dilimizə, dövlətimizə sahib çıxmaq barədə tapşırıqlarını yerinə yetirmək də hər birimiz üçün müqəddəs vəzifəyə çevrilməlidir. Aparıcı sözlərini bitirib xorun ifasında “Ey, ana torpaq” mahnısını təqdim etdi. Ziya Şəmistan Əlizamanlının ifa etdiyi hərbi mahılar və marşları dinləyərək yetişən gəncliyin böyük əksəriyyətinin vətənpərvər ruhda böyüdüyünü diqqətə çatdırdı:" Biz inanırıq ki, Azərbaycanın ilk hərbi diktoru, əzəmətli səsi ilə hərbi vətənpərvərlik mahnılarını ifa edərək Azərbaycan xalqının yaddaşına həkk olunmuş Şəmistan Əlizamanlının fəaliyyətinin ilk pik nöqtəsi Azərbaycan xalqına qələbə xəbəri vermək olacaq". İkincilərin ifasında "Çağırır vətən" şeiri də böyük alqışlarla qarşılandı.V "b" şagirdləri isə "Torpağın səsi" mahnısını böyük məharətlə ifa etdilər.Nübar şagirdlərin ifasından sonra sözü məktəbin fəxri qonağı Şəmistan Əlizamanlıya verdi. O, çıxışına bütün qonaqları və iştirakçıları salamlamaqla başladı:"Əziz müəllimlər, hörmətli valideynlər və bütün iştirakçılar, haqqında deyilən xöş sözlərə görə hamınıza minnətdaram. Çox sağ olun ki, mənim yaradıcılığıma belə yüksək qiymət verirsiniz. Mən kiçik bir kənddə dünyaya göz açmışam. 5 yaşında orta məktəbə qəbul olmuşam, 15 yaşında isə bitirmişəm. Mən Nadir şahın sülaləsindənəm. Uşaqlıqda arzum gəmi kapitanı olmaq idi. Evimizin yanından çay axırdı, biz hər il yayda hər gün çayda çimirdik, at yarışları keçirirdik və s. Məktəbi bitirəndən sonra Bayılda yerləşən Dənizçilik məktəbinə sənədlərimi vermək istəyəndə yaşımın az olduğuna görə məni qəbul etmədilər. Müvəqqəti peşə məktəbinə qəbul olundum və oxudum. Sonralar teatr dərnəyinə yazıldım. Moskva teatrında fəaliyyət göstərdim. İrəvan-Azərbaycan Teatrında tamaşalarda oynadım. Sonra da sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verərək oranı bitirdim. 1980-ci ildə Moskvaya diktor müsabiqəsinə göndərildim və I yeri qazandım. 1992-ci ildə iyulun 7-də hərbi diktor kimi fəaliyyətə başladım. Əlimdən gələn köməyi Azərbaycan üçün, Vətən üçün etməyə çalışdım. Çox istəyirdim ki, xalqımızı xoş xəbərlərlə sevindirim. Amma bu arzuma çatmadım. Sözsüz ki, ümidsiz olmaq lazım deyil. Müharibədə müvəqqəti məğlubiyyətlər olur. Biz müharibəni deyil, döyüşü uduzmuşuq. Aprel döyşlərində mən də cəbhədə idim. Ordumuzun döyüş ruhunun yüksək olduğunun şahidi oldum.Biz bir yumruq kimi olmalıyıq. Bu yumruğun mənası düşmənə nifrət hissi deməkdir. Biz düşmənə mütləq qalib gələcək və işğal altında olan torpaqlarımızı azad edəcəyik. Çıxışının sonunda məktəbin direktoru Zemfira Məsiyevaya belə yüksək səviyyədə hazırlanmış görüşə görə öz dərin minnətdarlığımı bildirirəm. Bizim xalqımız gözəl xalqdır. Əsgərlərimiz dünyanın ən qüdrətli əsgəridi. Torpaqlarımızın azad olmasına çox qalmayıb. İnşallah ordumuz qalib gələcək və biz qələbəyə nail olacayıq”.Ali Baş Komandanın əmri ilə öz ərazilərimizi düşməndən azad edəcəyik!Tədbirin sonunda məkətəbin direktoru Zemfira xanım Məsiyeva bu görüşün əhəmiyyətindən danışaraq Şəmistan Əlizamanlıya və digər qonaqlara dəvəti qəbul edib gəldiklərinə görə dərin təşəkkürünü bildirdi və xalqımızın bu tanınmış oğlu ilə qürur duyduğunu deyərək məktəbin şagirdlərinin düşmənə nifrət və Vətənə sevgi ruhunda yetişdiyini dilə gətirdi.Direktor çıxışını bitirdikdən sonra gecənin fəxri qonağı olan Şəmistan Əlizamanlı ilə birlikdə mini futbol yarışının qaliblərinin fəxri diplomla mükafatlandırdılar. Yarışda şagirdlərin uğur qazanmasında böyük zəhmət sərf etmiş Barat Orucova təşəkkürünü bildirdi. Axırda bütün kollektiv və iştirakçılar Şəmistan Əlizamanlı ilə birgə xatirə şəkili çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi