Məktəbdə iməcilik başa çatdı

171 nömrəli tam orta məktəbdə eyni gündə iki aksiya reallaşdırıldı.Xalqımızın çoxəsrlik tarixi gözəl və mütərəqqi ənənələrlə zəngindir. Onlardan biri də qarşılıqlı yardım, birlikdə təmizlik işləri görmək, ev tikənə, ailə qurana kömək etməkdir. Qədim dövrlərdə müxtəlif adlarla reallaşdırılan bu cür ictimai yardım və təmizlik işlərinə iməcilik deyirlər. Tədqiqatçıların fikrinə görə, iməcilik yunan sözü olan "imace"dən göturülüb və mənası iştirak etmək, köməkləşmək deməkdir. Ölkəmizdə iməcilik ənənəsi bu gün də davam etdirilir. Xətai rayon Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə də bu ənənə tez-tez təşkil edilən tədbirlər sırasındadır. Aprelin 15-də həmin təhsil müəssisəsi kollektivinin iştirakı ilə məktəbin həyətyanı ərazisində ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif təmizlik və abadlıq aksiyaları keçirilib. Məktəbin 10d sinfin sinif rəhbəri İradə İsmayılovanın təşəbbüsü və təşkilatçılığı ilə iməcilik keçirildi. Bu aksiya çərçivəsində məktəbin həyətindəki səki daşları, dəmir məhəccərlər boyadıldı. Həyətyanı ərazi alaq otlarından və ətraf süpürülərək təmizləndi. Ərazidə gül-çiçək kolları əkildi. Aparılan təmizlik işlərində ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi