Futbol yarışı uğurla başa çatdı

Həmin gün Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb maraqlı bir yeniliyə də imza atdı. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinə dəstək məqsədilə məktəbdə Azərbaycan və rus bölməsində təhsil alan 7 və 8-ci sinif şagirdləri arasında futbol yarışı keçirildi. Yarışda məktəbin müəllimlərindən Elnurə Zeynalova, Sahib Abbasov, Valentina Nəzərova, Ülviyyə Məmmədova, şagirdlər və başqaları iştirak edirdilər. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək ölkəmizdə son illər idmanın bu növünə marağın artdığını, futbolun inkişafına dövlət qayğısının yüksədiyini qeyd edərək uşaq futbolunun genişləndirilməsi zərurətindən və futbolun əhəmiyyətindən söz açdı. Ölkəmizin bütün futbol komandalarına uğurlar diləyən direktor bu günkü yarışın iştirakıçılarına da qələbə arzuladı. İdman yarışı barədə məlumat verən fiziki tərbiyə müəllimi, fiziki tərbiyə fənni üzrə metodbirləşmə sədri, Taekvon-do üzrə Beynəlxalq məşqiçi və beynəlxalq hakim Barat Orucov bildirdi ki, bu yarışları şagirdlərdə futbola və ümumilikdə idmana kütləvi marağı artırmaq üçün keçiririk. VII-VIII siniflərin oyunu məktəbin yığma komandasını formalaşdırmağa xidmət edir. Yarışda I yerə yeddincilər arasında 7e, səkkizincilər arasında isə 8d sinif şagirdləri qalib gələrək diplom və medallarla təltif olundu. Növbəti oyun isə Xətai rayon məktəbləri arasında baş tutacaq. Hazırda rayon spartakiadasına hazırlaşırıq. Bu yarışma hər il keçirilməklə, ənənəvi xarakter daşıyacaqdır. Şagirdlərimiz həmçinin 2014/2015-ci tədris ildə də Xətai rayon məktəbləri arasında keçirilən yarışlarda iştirak edərək II yeri əldə etmişdilər. Gənclərin Çağırışa qədərki Hazırlığı üzrə rəhbəri Azər Xankişiyev də bildirdi ki, məktəbimizin bundan başqa hərbi idman növlərinə də - spartakiada nəzdində atıcılıq üzrə növlərə də diqqətlə yanaşırıq. Fevral ayında Xətai məktəbliləri arasında X-XI siniflər arasında məktəbdaxili yarışmalar keçirildi və I yer əldə edildi. Bakı şəhəri üzrə məktəblər arasında isə II yeri əldə etdik. Aprelin 8-də VIII-X siniflər arasında isə Xətai rayonu üzrə “Şahinlər” hərbi oyunları keçirilmiş və bizim şagirdlər bu oyunlarda II yeri əldə ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi