Terror qurbanları anıldı

Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin foyesində 03.04.2017-ci il tarixində Rusiyanın Sankt- Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində həlak olan 20 yaşlı tələbə Dilbarə Əliyevanın xatirəsinə anım güşəsi yaradılmışdır. 05.04.2017-ci il tarixində gün I yarısında məktəb direktoru, təşkilatçı, tarix müəllimi və məktəbin X-XI sinif şagirdlərindən bir qrupu Rus Səfirliyinin önündə vəfat edənləri yad etmişlər. Məktəb kollektivi onların ailələrinə dərin hüznlə baş sağlığı verirlər.