Seminar keçirildi

03 aprel 2017-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kiçik akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və COMMUNİTY.AZ-ın dəstəyi və “Dərs evi” innovativ tədris mərkəzinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində “Ali məktəblərə qəbul imtahanı nədir və ona necə hazırlaşmalı?” mövzusunda seminar təşkil eidlmişdir. Seminarda məktəbin 9 və 10 cu siniflərində Azərbaycan və Rus bölmələrində təhsil alan şagirdlər iştirak etdilər. Seminarda Azərbaycan bölməsi üzrə “Dərs evi”nin müəllim və metodiki işlər üzrə koordinatoru Nərmin Teymurova və Rus bölməsi üzrə müəllim-mühazirəçisi Rəfiqə Ağayeva mühazirə oxudular. Seminarda "İmtahan nədir?”, “İmtahan necə qurulur?”, “Suallar necə hazırlanır?”, “İmtahana necə effektiv hazırlaşmaq olar?”, “İmtahan vermək üçün nələri bilmək lazımdır?” mövzusunda şagirdlərə ətraflı məlumat verdilər. Şagirdlər tərəfindən onlara verilən sualları cavablandırdılar. Bu seminarı keçirməkdə məqsəd şagirdləri imtahanlara hazırlamaq olmuşdur. Seminar şagirdlərin marağına səbəb oldu və razılıqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi