“Alternativ enerji” mövzusunda keçirilən seminarda şagirdlərimiz iştirak etmişlər

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. Hal-hazırda həyata keçirilən layihələrdən biri də “Eko-təqdimatlar” layihəsidir. 29 mart 2017-ci il tarixində Ekoloji aylıqlar layihəsinin mövzusunu nəzərə alaraq “Alternativ enerji” mövzusunda 245 saylı tam orta məktəbdə keçirilmiş seminarda Zaur Məmmədov adına 171 saylı tam orta məkətbin fizika müəllimi Elminaz Nuriyeva və 4 şagird iştirak etmişlər. Seminar yüksək səviyyədə keçirildi. Şagirdlərin böyük marağına səbəb oldu. Müəllimlər və şagirdlər tərəfindən olunan əlavə təkliflər nəzərə alındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi