Ekoloji aylıq çərçivəsində "Alternativ enerji" mövzusunda konfrans keçirildi

2016/2017-ci tədris ilinin yanvar ayından etibarən “Ekoloji aylıqlar” layihəsinə start verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində mart ayı “Alternativ enerji” mövzusunda müxtəlif istiqamətdə fəaliyyətlər icra olunmuş və icra edilməkdədir. Bu məqsədlə 31 mart 2017-ci il tarixində Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə "Ekoloji aylıqlar" layihəsi çərçivəsində məktəbin fizika müəllimi Elminaz Nuriyevanın təşkilatçılığı ilə "Alternativ enerji" mövzusunda konfrans keçirilmişdir. Konfransda IX sinif şagirdləri iştirak etmişlər. Konfrans ilk olaraq 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar olaraq soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər "Külək enerjisi", "Günəş enerjisi", "Alternativ hidroenergetika", "Geotermal energetika", "Bioyanacaq" mövzularında məruzə ilə çıxış etmişlər. Sonra mövzu ətrafında fikir mübadiləsi aparılmış və müzakirələr keçirilmişdir. Konfransın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması, ekoloji təmizlik, bütün yanacaq növlərindən səmərəli istifadə, tükənə biləcək enerji növlərinə alternativ axtarmaq yollarını şagirdlərə aşılamaq olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi