"Ölkəmizi tanıyaq" layihəsində iştirak etdik
16.03.2017-cı il tarixində Xətai rayonundakı Heydər Əliyev adına parkda "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində şagirdlərin Naxçıvan Muxtar Respublikasına yolasalma mərasimi keçirildi. Tur aksiyada Zaur Məmmədov adına 171 saylı tam orta məktəbi IX A sinif şagirdi Rüstəmov Cavanşir Telman oğlu təmsil edirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan aksiyada məqsəd gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsi, dünyagörüşünün və azərbaycançılıq təfəkkürünün formalaşdırılması olmuşdur.