8 və 9-cu sinfinin oğlanlarının iştirakı ilə reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8 və 9-cu sinfinin oğlanlarının iştirakı ilə reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir zamanı məktəbin həkimi Gülnur Bayramova, sosial pedaqoq Sahibə Məmmədova və uşaq birliyi təşkilatının rəhbəri Səbinə Məmmədova “reproduktiv sağlamlıq nədir?” ,”mən və mənim əhatəm”, şəxsi gigiyena qaydaları, cinsi yolla ötürülən xəstəliklər və erkən nigahın fəsadları haqqında məlumat verdilər.

Reproduksiya latın sözü olub, özünə bənzər orqanizmin yaradılması deməkdir. Reproduktiv sağlamlıq- fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Bu, təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir. Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə yeniyetmələr sanitar-gigiyenik qaydalara əməl etməyi və hər cür zərərli vərdişlərdən uzaq durmağı öyrənirlər. Reproduktiv sağlamlığa mənfi təsir göstərən amillər bunlardır:

1) Cinsi həyatın vaxtından erkən başlanması

2) Əksər xəstəliklərin cinsi yolla yoluxması

3) Gənclərin alkoqol, siqaret, psixotrop maddələrdən istifadə etməsi.

4) Stress

5) Travmalar

6) Düzgün qidalanma

Reproduktiv sağlamlıq cəmiyyətlə sıx bağlıdır. İnsan təkmilləşdikcə inkişaf edir, sağlamlığı, ilk növbədə reproduktivliyi, nəsil artırmaq qabiliyyəti yaxşılaşır və formalaşır. Reproduktiv sağlamlıq həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə ailə üçün böyük əhəmiyyət kəsb edərək, cəmiyyət və millətin sosial-iqtisadi inkişafının səviyyəsini xarakterizə edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi