“Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqları, xüsusilə uşaqlarla rəftar, şagird davranış qaydalarına dair hüquqi maarifləndirmə və təşviqat tədbirləri aparılmışdır

Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8d sinif şagirdləri ilə “Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqları, xüsusilə uşaqlarla rəftar, şagird davranış qaydalarına dair hüquqi maarifləndirmə və təşviqat tədbirləri aparılmışdır. Şagirdlərlə qarşılıqlı interaktiv müzakirə aparıldı, uşaq hüquqları ilə bağlı maarifləndirici videoçarxlar və təqdimatlar göstərildi.

Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş məclisi tərəfindən yekdilliklə qəbul edilmişdir və o cümlədən, Azərbaycan da 1992-ci ildə qoşulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi