Ölkələr arasında dostluq körpüsü
30 oktyabr 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin bir neçə müəllim heyətinin, şagirdlərinin, Qazaxıstan və Qırğızıstan Respublikasının müxtəlif regionlarından olan müəllimlərin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin "Siyasi Repressiya Qurbanları" muzeyinə ekskursiya təşkil olundu.
Dövlət Sərhəd Xidmətinin "Siyasi Represiya Qurbanları" muzeyinin rəisi Məmmədov Mir Abas Mir Qədir oğlu muzeyin yaranması və repressiyaya məruz qalmış insanların ağır taleyi ilə bağlı ətraflı məlumatlar verdi.
Məktəb şagirdləri tərəfindən tar musiqisi sədaları altında Mikayıl Müşfiqin və Hüseyn Cavidin yaradıcılığıdan şeirlər səsləndirildi, ədəbi kompazisiya təqdim edildi. Qonaqların hər biri bu görüşdən məmnun olduqlarını bildirərək ekskursiya üçün təşəkkürlər etdilər. Sonda xatirə şəkli çəkildi.
Tariximizi unutmayaq, unutdurmayaq!