Təlim - tərbiyə işləri üzrə direktor müavini fəxri fərmanla təltif olundu
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Əhmədova Sima Fikrət qızı pedaqoji fəaliyyətində səmərəli xidmətlərinə və anadan olmasının 55 illiyi münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən fəxri fərmanla təltif olundu.
Bu münasibətlə Sima Əhmədovanı təbrik edir və ona gələcək işlərində uğurlar arzulayırıq.